“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

Ayşən İsmayılova16:19 - 29 / 02 / 2024
“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart 2024-cü il tarixindən başlanacaq".

1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir".

Nazir bildirib ki, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Emin Əmrullayev qeyd edib ki, müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. “Bundan başqa, namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”, - deyə nazir vurğulayıb.

Paylaş:
149

Son xəbərlər

Oğurlanan 340 min manatla estetik əməliyyat etdirdilər, maşınlar aldılar - Saxlanılanlar var - VİDEOBu gün, 17:02İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilibBu gün, 16:27ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edirBu gün, 16:21Aparıcı Çinarə Əliyeva övladını itirməsilə bağlı paylaşım edibBu gün, 16:20İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olubBu gün, 16:14Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilibBu gün, 16:01Bakıda dönərxanada yanğın olubBu gün, 15:36Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçiribBu gün, 15:22Yevlax və Mingəçevirdə su basmış ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 15:00Bakıda yeni parklar salınacaq - FOTOBu gün, 14:40Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilibBu gün, 14:28AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTOBu gün, 14:20Prezident Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib - FOTOBu gün, 14:05Silk Way West Airlines Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçiribBu gün, 13:42Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEOBu gün, 13:22DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edibBu gün, 12:57Ermənistan Belarusdakı səfirini geri çağırıbBu gün, 12:44İmişlidə avtomobili qanunsuz idarə edən müharibə iştirakçısı intihara cəhd göstəribBu gün, 12:34FHN Yasamalda avtoservisin fəaliyyətini dayandırdı - FOTOBu gün, 12:19“Baku ID” möhtəşəm bir tədbirlə yenidən qarşınızdadırBu gün, 12:11
Bütün xəbərlər